İnsan Resursları Modulu

İnsan Resursları Modulu

Bolitek ERP – İnsan Resursları Modulu şirkətlərdə bütün HR proseslərinin rəqəmsal mühitdə mərkəzləşdirilmiş şəkildə idarə olunması üçün nəzərdə tutulmuş müasir platformadır.

Modul əməkdaşların şəxsi məlumatlarından başlayaraq, əmək müqavilələri, əmrlər, davamiyyət, əməkhaqqı cədvəlləri və işə qəbul proseslərinə qədər bütün HR fəaliyyətlərini vahid sistemdə birləşdirir.

Əməkdaşların idarə edilməsi

  • Şəxsi məlumatların və sənədlərin saxlanması
  • Təhsil və iş təcrübəsi tarixçəsi
  • Dil və kompüter bilikləri
  • Sertifikatların uçotu
  • Təşkilati struktur və vəzifələrin idarəsi

Rəqəmsal HR sənəd dövriyyəsi

  • Əmək müqavilələrinin hazırlanması
  • Əmrlərin yaradılması və idarə edilməsi
  • Yoxlamaya və imzaya göndərmə mexanizmi
  • Elektron statuslandırma
  • Çap şablonları və sənəd arxivləşməsi

Davamiyyət və iş vaxtının idarə edilməsi

  • Tabel cədvəlləri
  • Növbəli iş qrafikləri
  • İstehsalat təqvimi
  • Giriş/çıxış kartları
  • Turniket və biometrik cihazlarla inteqrasiya

İşə qəbul (Recruitment)

  • Namizədlərin idarə edilməsi
  • Vakansiyaların yerləşdirilməsi
  • Müsahibə prosesinin izlənilməsi
  • SMS bildirişlər
  • CV-lərin PDF formatında yaradılması

Hesabatlılıq

  • Əməkdaşlar üzrə pivot hesabatlar
  • Məzuniyyət qalıqları
  • Əmrlər üzrə analitika

Bolitek HRM modulu şirkətlərə insan resurslarını daha effektiv idarə etməyə, prosesləri sürətləndirməyə və şəffaflığı artırmağa kömək edir.