Məxfilik Siyasəti

Hüquqi

Məxfilik Siyasəti

Bolitek ERP ("Bolitek", "biz") olaraq istifadəçilərimizin şəxsi məlumatlarının məxfiliyinə hörmətlə yanaşırıq. Bu Məxfilik Siyasəti bolitek.com veb-saytından, Bolitek bulud ERP platformasından (Ticarət, Mühasibatlıq və İnsan Resursları modulları daxil olmaqla) və mobil tətbiqlərimizdən (iOS və Android) istifadə zamanı şəxsi məlumatlarınızın necə toplandığını, istifadə edildiyini və qorunduğunu izah edir.

Xidmətlərimizdən istifadə etməklə bu Məxfilik Siyasətinin şərtləri ilə razılaşmış olursunuz.

1. Topladığımız məlumatlar

Qeydiyyat və əlaqə məlumatları. Qeydiyyatdan keçərkən və ya bizimlə əlaqə saxlayarkən adınız, şirkətinizin adı, telefon nömrəniz, e-poçt ünvanınız və biznesiniz haqqında təqdim etdiyiniz əlavə qeydlər toplanır.

Hesab məlumatları. Platformadan istifadə üçün yaradılan istifadəçi adı, giriş məlumatları və hesab parametrləri.

Biznes məlumatları. ERP sistemindən istifadə zamanı daxil etdiyiniz məlumatlar — alış-satış əməliyyatları, anbar qalıqları, maliyyə və mühasibat yazılışları, əməkdaş məlumatları və digər biznes dataları. Bu məlumatlar sizə məxsusdur; Bolitek onları yalnız xidmətin göstərilməsi məqsədilə emal edir.

Texniki məlumatlar. Xidmətlərimizdən istifadə zamanı IP ünvanı, cihaz və brauzer növü, əməliyyat sistemi, giriş tarixləri və sistemdaxili fəaliyyət qeydləri (loglar) avtomatik toplana bilər.

Cookie faylları. Veb-saytımız sessiyanın idarə olunması, dil seçiminin yadda saxlanması və xidmət keyfiyyətinin təhlili üçün cookie fayllarından istifadə edir. Brauzer parametrlərindən cookie-ləri deaktiv edə bilərsiniz, lakin bu halda bəzi funksiyalar məhdudlaşa bilər.

2. Məlumatlardan istifadə məqsədləri

Topladığımız məlumatlardan aşağıdakı məqsədlərlə istifadə edirik:

  • Hesabınızın yaradılması və idarə olunması;
  • ERP xidmətlərinin göstərilməsi, dəstəklənməsi və təkmilləşdirilməsi;
  • Pulsuz test imkanının təqdim edilməsi və qeydiyyat sorğularına cavab verilməsi;
  • 7/24 texniki dəstəyin göstərilməsi;
  • Ödənişlərin emalı və hesab-fakturaların hazırlanması;
  • Sistemin təhlükəsizliyinin təmin edilməsi və sui-istifadə hallarının qarşısının alınması;
  • Qanunvericiliyin tələblərinin yerinə yetirilməsi;
  • Razılığınız olduğu halda — yeniliklər və təkliflər barədə məlumatlandırma.

3. Məlumatların üçüncü tərəflərlə paylaşılması

Şəxsi məlumatlarınızı satmırıq və icarəyə vermirik. Məlumatlar yalnız aşağıdakı hallarda üçüncü tərəflərlə paylaşıla bilər:

  • Xidmət təminatçıları: hostinq, ödəniş sistemləri, SMS və e-poçt göndərişi kimi xidmətləri göstərən tərəfdaşlarla — yalnız xidmətin göstərilməsi üçün zəruri həcmdə;
  • Qanuni tələblər: Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən səlahiyyətli dövlət orqanlarının rəsmi sorğusu olduqda;
  • Sizin razılığınızla: digər hallarda yalnız açıq razılığınız əsasında.

4. Məlumatların təhlükəsizliyi

Məlumatlarınız müasir təhlükəsizlik standartları və qoruma mexanizmləri ilə qorunur. Bura məlumatların ötürülməsi zamanı şifrələmə (SSL/TLS), girişin məhdudlaşdırılması, müntəzəm ehtiyat nüsxələrin yaradılması və daxili nəzarət prosedurları daxildir. Bununla belə, internet üzərindən heç bir ötürmə üsulunun 100% təhlükəsizliyinə zəmanət vermək mümkün deyil.

5. Məlumatların saxlanma müddəti

Şəxsi məlumatlar yalnız toplanma məqsədləri üçün zəruri olan müddət ərzində, habelə qanunvericiliklə müəyyən edilmiş saxlama müddətlərinə uyğun saxlanılır. Hesabınız bağlandıqda, biznes məlumatlarınız qanunvericiliyin tələb etdiyi hallar istisna olmaqla, ağlabatan müddət ərzində silinir və ya anonimləşdirilir.

6. Hüquqlarınız

Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanununa uyğun olaraq siz:

  • Haqqınızda toplanmış məlumatlarla tanış olmaq;
  • Yanlış və ya natamam məlumatların düzəldilməsini tələb etmək;
  • Məlumatlarınızın silinməsini və ya emalının dayandırılmasını tələb etmək;
  • Marketinq məqsədli müraciətlərdən imtina etmək

hüquqlarına maliksiniz. Bu hüquqlardan istifadə üçün aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edə bilərsiniz.

7. Mobil tətbiqlər

Mobil tətbiqlərimiz yalnız xidmətin işləməsi üçün zəruri olan icazələrdən istifadə edir. Tətbiq vasitəsilə toplanan məlumatlara bu Məxfilik Siyasətinin müddəaları şamil olunur.

8. Dəyişikliklər

Bu Məxfilik Siyasətində vaxtaşırı dəyişikliklər edilə bilər. Əhəmiyyətli dəyişikliklər barədə veb-sayt və ya e-poçt vasitəsilə məlumat veriləcək. Yenilənmiş versiya bu səhifədə dərc olunduğu andan qüvvəyə minir.

9. Əlaqə

Məxfilik Siyasəti ilə bağlı sual və müraciətləriniz üçün: