Tiracət Modulu

Ticarət Modulu

Bolitek ERP – Ticarət Modulu şirkətinizin bütün alış, satış, anbar və pərakəndə əməliyyatlarını vahid platformada idarə etməyə imkan verən kompleks həll paketidir. Modul gündəlik biznes proseslərinin tam avtomatlaşdırılması, əməliyyatların sürətləndirilməsi və insan faktorundan yaranan xətaların minimuma endirilməsi üçün nəzərdə tutulub.

Sistem vasitəsilə alış və satış fakturaları, qaytarmalar, idxal–ixrac əməliyyatları, kassa və bank hərəkətləri, anbar transferləri, ehtiyat düzəlişləri və sayım prosesləri asanlıqla idarə olunur. Hər bir sənəd üzrə multivalyuta dəstəyi, kurs fərqi hesablamaları, layihə, xərc mərkəzi və təmsilçi üzrə qruplaşdırma imkanları mövcuddur. Bolitek ERP Ticarət Modulu pərakəndə satış nöqtələri üçün tam funksional POS həllini də özündə birləşdirir. Barkod skanerlər, kassa aparatları, printerlər və tərəzi sistemləri ilə inteqrasiya sayəsində mağaza və apteklərdə satış prosesi sürətli və dəqiq şəkildə həyata keçirilir. Günlük satışlar, dövri hesabatlar, qazanc analitikası və mal qalıqları real vaxt rejimində izlənilir.

Modulun əsas imkanları:

  • Alış, satış və qaytarma əməliyyatlarının idarə edilməsi
  • Anbar qəbzləri, transferlər, itki və sayım sənədləri
  • Kassa və bank əməliyyatlarının uçotu
  • İdxal–ixrac proseslərinin dəstəyi
  • Multivalyuta əməliyyatlar və kurs fərqi hesablamaları
  • Sənədlərin kopyalanması, çevrilməsi, toplu çapı
  • POS inteqrasiyası və barkod dəstəyi
  • Anbar qalığı, qiymət və vahidlərin idarə edilməsi
  • Geniş analitik hesabatlar

Ticarət Modulu kiçik mağazalardan tutmuş iri distribütor şirkətlərə qədər bütün biznes növləri üçün çevik və uyğunlaşdırıla bilən həll təqdim edir.